Accessibility links

Pakistanda beş hərbi qulluqçu qətlə yetirilib


Pakistanda beş hərbi qulluqçu qətlə yetirilib

Pakistanda beş hərbi qulluqçu qətlə yetirilib

Pakistan rəsmiləri bildirirlər ki, ölkənin şimal-qərb regionunda tayfaların yaşadıqları Orakzay mahalında yaraqlılarla baş verən atışmalarda azı 37 adam öldürülüb

Pakistan hərbçiləri bidirirlər ki, yaraqlılar bu gün təhlükəsizlik postuna hücum edərək yüksək rütbəli bir zabit daxil olmaqla, 5 hərbi qulluqçunu qətlə yetiriblər. Hərbçilər bildirirlər ki, əsgərlər əks hücuma keçərək azı 32 yaraqlını öldürüblər. Sərhəd məntəqəsi qvardiyasının general-mayoru Tariq Xan deyir ki, öldürülən yaraqlıların çoxu ərəb və özbəkdir. Onların hücumları bir sıra hərbi hava reydlərindən sonraya təsadüf edir. Reydlərdə çoxu yaraqlı olmaqla azı 50 nəfər öldürülüb. Yerli sakinlər deyirlər ki, hərbi hava qüvvələrin hücum hədəflərinə mədrəsə və Talibanın istifadə etdikləri məktəb də daxil idi. Yaraqlıların çoxunun Orakzaya qaçdıqları ehtimal edilir. Hərbiçilər isə onları təqib edirlər.

Pakistanda beş hərbi qulluqçu qətlə yetirilib

Pakistanda beş hərbi qulluqçu qətlə yetirilib

Bu arada hüquq mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, cari ayın əvvəllərində 5 yaşlı Böyük Britaniyadan olan oğlan uşağını girov götürməkdə şübhəli bilinən iki şəxsi dünən Celun şəhərində tutublar.Təhqiqatçılar deyirlər ki, müttəhimlər başqa cinayətlərdə də iştirak ediblər. Girovdarlar bu ayın 4-də 5 yaşlı Sahil Səidi babasının evindən qaçırıblar. Girovdarlar onu 12 gündən sonra xəsarətsiz azad ediblər. Məlumatlara əsasən uşağın valideynləri girovdarlara 150 min Amerika dolları fidiyə verib. Bu arada İspaniya və Fransa polisi iki pakistanlını və bir rumın qadını qaçırtmaqda əli olan 5 nəfəri həbs etdiklərini bildirirlər. Polisin dediyinə görə, onların tutduğu şəxslərin ikisi 5 yaşlı Britaniyalı oğlanın atasından 150 min dollar fidyə alanlardır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG