Accessibility links

Pakistanda iki məsciddə bomba partlayışları zamanı 71 adam həlak olub


Pakistanda iki məsciddə bomba partlayışları zamanı 71 adam həlak olub
Pakistanda iki məsciddə bomba partlayışları zamanı 71 adam həlak olub

Pakistan rəsmiləri ölkənin şimal-qərbində məsciddə baş vermiş iki partlayış zamanı 71 nəfərin öldüyünü bildirirlər. Xeybər-Paxtunxva şəhərində cümə namazı zamanı baş vermiş birinci intihar hücumu uşaqlar da daxil olmaqla, 66 adam həlak olub. Şahidlərin sözlərinə görə, məscidin damı uçmuş, adamlar dağıtınlar altında qalmışlar. Rəsmilər ölənlərin sayının daha çox ola biləcəyini təxmin edirlər. Hücum zamanı 80-dən çox adam yaralanıb, onların bəzisinin vəziyyəti ağırdır. Bundan bir neçə saat sonra Peşəvər şəhərinin ətrafında yerləşən məsdiddə ikinci hücum zamanı 5 adam həlak olub, 21 nəfərdən çox adam yaralanıb. Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb. Yerli rəsmilər Talibanı günahlandırır.

XS
SM
MD
LG