Accessibility links

Üç uşaq daxil olmaqla yeddi adamın öldüyü bildirilir

Pakistan rəsmiləri şiələrin aşura günü münasibətilə keçirdiyi dini mərasim zamanı yol kənarında yerləşdirilmiş bomba partlayışının yeddi adamın ölümülə nəticələndiyini bildirib. Ölənlərin üçü uşaqdır.

Rəsmilər Pakistanın şimalında yerləşən Dera İsmayıl Xan şəhərində baş vermiş partlayış nəticəsində 30-dan çox adamın yaralandığını bildirib.

Bu tipli hücumlar Pakistanda talibançılar tərəfindən həyata keçirilir.
XS
SM
MD
LG