Accessibility links

Pakistanda rəsmilər təxminən 13 nəfərin öskürək əleyhinə mayeli dərman içdikdən sonra zəhərlənərək öldüklərini deyib. Ölüm halları Pakistanın Lahor şəhərində ötən üç gün ərzində baş verib. Polis rəsmiləri bu gün anti-öskürək dərmanından zəhərlənənlərin əksəriyyətinin narkotik maddə istifadəçiləri olduğunu deyib.

Rəsmilər mayenin satıldığı üç əczaxananı qapadıb. Dərmanın nümunələri yoxlanılmaq üçün laboratoriyaya göndərilib.

Bundan başqa bu gün Pakistanın İslamabad şəhərində polis tanınmış televiziya aparıcısının avtomobilinin altına yerləşdirilmiş partlayıcı qurğunu aşkar edərək zərərsizləşdirib.

Şəhər polisi Bani Amin yarım kiloqram çəkisi olan partlayıcı qurğunun nazik metal qutuya yerləşdirilərək Həmid Mirin avtomobilinin altına yapışdırıldığını deyib. GEO televiziya kanalının aparıcısı Mir alış-veriş etmək üçün avtomobilini tərk edən an partlayıcı qurğu onun avtomobilinin altına yerləşdirilib. Bombanı kimin qoyduğu aydın olmayıb.
XS
SM
MD
LG