Accessibility links

Pakistanda bomba partlayışı iki nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub. Rəsmilər dünən gecə yarısı Kəraçidə baş vermiş partlayış zamanı qadın və uşaqlar da daxil olmaqla, azı 20 nəfərin xəsarət aldığını deyib.

Partlayıcı qurğu betonun içərisinə qoyularaq, yolun kənarına yerləşdirilib.

Regiondakı yaraqlıların əvvəlki hücumlarına bənzəyən bu hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Dünən səhər rəsmilər Xeybər Paktunkva regionunda avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində iki nəfərin öldüyünü, 23 nəfərin yaralandığını deyib.

Pakistanda may ayının 11-i keçiriləcək seçkilər öncəsi şimal-qərb regionunda zorakılıqlar artıb.
XS
SM
MD
LG