Accessibility links

Pakistan rəsmilərinin bildirdiyinə görə çərşənbə günü paytaxt İslamabad yaxınlığında yerləşən bazarda baş vermiş bomba partlayışı nəticəsində 23 nəfər həlak olub, 100-dən çox adam isə yaralanıb.

Polisin verdiyi məlumata əsasən, meyvə arabasının içərisində gizlədilmiş bomba bazarda insanların çox olduğu vaxt məsafədən idarə edilərək partladılıb.

Hadisə ilə bağlı məsuliyyəti öz üzərinə etnik Bəluc icmasına aid separatçı yaraqlı qrup götürüb. Birləşmiş Bəluc Ordusu hücumun Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətində hazırda gedən hərbi əməliyyatlara cavab olaraq keçirildiyini bildirib.

Pakistan paytaxtında partlayış Bəluçistan vilayətində sərnişin qatarının partladılmasından bir gün sonraya təsadüf edib. Qatarda partlayış nəticəsində 14 nəfər həlak olub, 40 nəfəri isə yaralanmışdı.

Polis rəsmilərinin məlumatına görə, bu dəfə də bomba çamadanın içərisində gizlədilərək, uzaqdan idarə etmə ilə partladılıb.

Bəlucistan vilayətində regionun təbii ehtiyatlarına nəzarəti ələ almaq, ya da vilayətin Pakistandan ayrılmasına çalışan etnik bəluc üsyançılar fəaliyyət göstərir.
XS
SM
MD
LG