Accessibility links

Pakistanda bomba hücumu baş verib


Partlayış nəticəsində altı insan həlak olub və ondan çox insan yaralanıb

Pakistanın şimal-qərbində hökümət tərəfdarı qəbilə başçısını hədəf alan bomba partlayışı nəticəsində azı 6 nəfər həlak olub, onlarla insan yaralanıb.

Doaba qəsəbəsində baş verən partlayışın hədəfində ağsaqqal Malik Həbibullah Xan olub. Qəsəbə Pakistanın paytaxtı İslamabad şəhərindən 190 kilometr qərbdə yerləşir. Bu ərazi uzun müddət Taliban və Əl-Qaida təşkilatlarının fəal olduğu yer kimi tanınıb.

Həbibullah Xan partlayış zamanı maşında olmayıb. Ancaq Associated Press xəbər agentliyinin məlumatına görə onun qardaşı və cangüdəni ilə yanaşı ətrafdakı insanlar da həlak olub. Partlayış yaxın ərazidəki binalara güclü zərər vurub.

Pakistan mediası bildirir ki, baş nazir Navaz Şərif hücumu qınayıb. Onun höküməti Pakistanın Taliban qrupu ilə sülh danışıqlarına cəhd edir. Əvvəllər hökümət rəsmiləri və onların müttəfiqləri dəfələrlə bu qrup tərəfindən hücumlara məruz qalıb.
XS
SM
MD
LG