Accessibility links

Pakistanın Xeybər Paxtunkva vilayətinin ədliyyə naziri intiharçı hücumu nəticəsində həlak olan səkkiz adam arasında olub.

Polisin bildirdiyinə görə İsraullah Qandapurun Kolaçi bölgəindəki evinə daxil olmağa çalışan zaman evin yaxınlığında üzərindəki bombanı partladıb. Cənab nazir həmin vaxt Qurban bayramı münasibəti ilə xalqı təbrik edirmiş.

Bir neçə insan hücum zamanı evin içərisində olub. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Ancaq Talibanın Pakistan qolu bu yaxınlarda yüksək vəzifəli insanlara qarşı hücumlar təşkil edib.
XS
SM
MD
LG