Accessibility links

Pakistanın liman şəhəri olan Karaçidə zorakılıqlar nəticəsində 11 insan həyatını itirib.

Polis rəsmiləri bildirib ki, iki motosikletdə hərəkət edən dörd silahlı şəxs Deobandi
təriqətinin üzvlərinə atəş açıb.

Rəsmilər Mərakeşli iki ruhani daxil olmaqla, üç din xadiminin hücum zamanı həyatını itirdiyini bildirib. Daha üç şəxsin isə yaralandığı deyilir.

Hücumu törədənlərin atəş açması nəticəsində şiə məhzəbindən olan imam və təhlükəsizlik işçisi həlak olub.

Daha bir silahlı hücum zamanı isə militanlar avtomobilə atəş açaraq dörd insanı öldürüb və bir nəfəri yaralayıb. Hadisə zamanı bir sünni imam və tibb işçisi həlak olub.
XS
SM
MD
LG