Accessibility links

Pərviz Müşərrəfin məhkəməsi yenidən təxirə salınıb


Təhlükəsizlik təhdidləri səbəbilə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin məhkəməsi yenidən təxirə salınıb.

Polis rəsmiləri bildirir ki, cənab Müşərrəfin məhkəməyə gətiriləcəyi yolun yaxınlığında bomba aşkar edilərək zərərsizləşdirilib.

Dekabrın 24-ü də cənab Müşərrəfin evinin yaxınlığında partlayıcılar aşkar edilərək zərərsizləşdirilmişdi.

Sabiq prezident istefasından bir il əvvəl 2007-ci ildə ölkədə fövqalada vəziyyət elan etməyə cəhd göstərmişdi.

Cənab Müşərrəf sabiq baş nazir Benəzir Bhuttonun 2007-ci ildə sui-qəsdi də daxil olmaqla 1999-2008-ci illərdə hakimiyyəti dövrü törətdiyi bir neçə cinayət ittihamları ilə üzləşir.

Sabiq prezident bu ilin əvvəllərində Pakistana qayıtdıqdan sonra bir neçə cinayət ittihamı ilə üzləşsə də zaminə buraxılıb.

Cənab Müşərrəf dövlətə xəyanətdə ittiham edilən ilk hərbi liderdir. Pakistan 66 illik tarixində üç dəfə hərbi çevrilişlə üzləşib.
XS
SM
MD
LG