Accessibility links

Pakistanın şimal-qərbində uşaqlar tapdıqları əldəqayırma bomba ilə oynadıqları zaman partlayış baş verib. Nəticədə 6 uşaq həlak olub.

Polis rəsmiləri bildirir ki, uşaqlar evlərinin yaxınlığındakı ərazidə oynadıqları zaman bombanı tapıblar. Hadisə Əfqanistanla sərhəddə yerləşən Hanqu şəhərində baş verib.

Hanqu şəhəri Əl-Qaida islamçı yaraqlılarının məskunlaşdığı yer kimi tanınır.

Bu ayın əvvəllərində Hanqu şəhərində 15 yaşlı şagird məktəbini partlatmaq istəyən intiharçını qarşısını almağa çalışan zaman həlak olmuşdu.
XS
SM
MD
LG