Accessibility links

Pakistanda polis avtobusuna hücum olub


Pakistanın Karaçi şəhərində bomba hücumu nəticəsində 11 polis işçisi ölüb və onlarla işçi yaralanıb.

Şəhər rəsmiləri bildirib ki, avtobusda olan polis zabitləri partlayıcı maddələrlə doldurulmuş avtomobil tərəfindən vurulub. Rəsmilər yaralıların vəziyyətinin ağır olduğunu deyib.

Hadisə bir gün əvvəl Pakistanın şimal-şərqində Əfqanistan sərhədinə yaxın Peşəvər şəhəri ətrafında 9 nəfərin öldürülməsindən sonra baş verib. Rəsmilər bildirib ki, hücumçular çərşənbə günü polis zabitinin evinə qumbara atıb.

Çərşənbə axşamı Peşəvər şəhərində kinoteatra atılan qumbaralar nəticəsində 11 insan həyatını itirib, 20-yə yaxın isə yaralanıb.

Hücumlarla bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.

Hücumlar hökümət rəsmilərinin Tlibanın Pakistan qolunun üzvləri ilə sülh danışıqları apardığı vaxt baş verib. Rəsmilər bu addımla ölkənin şimal-qərbində 10 ildir davam edən iğtişaşların qarşısının alınacağına ümid edir.
XS
SM
MD
LG