Accessibility links

Pakistanın Peşəvər şəhəri yaxınlığında təhlükəsizlik qüvvələrini hədəf alan bomba hücumu nəticəsində biri əsgər və iki mülkü vətandaş olmaqla, üç nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Hadisənin məsuliyyətini heç kim üzərinə götürməyib.

Bomba partlayışı Pakistan hərbi qüvvələrinin ölkənin şimal-qərb regionunun Əl-Qaidə və Taliban yaraqlılarından təmizlənməsi istiqamətində başlatdığı əməliyyat vaxtına təsadüf edir.

XS
SM
MD
LG