Accessibility links

Pakistanda intiharçı hücumu


Pakistanda kamikaze hücumu 56 adamın ölümünə səbəb olub. Labor şəhərinin mərkəzi parkında həyata keçirilən hücum nəticəsində 300-dən artıq insan xəsarət alıb.

Ölənlər arasında qadın və uşaqlar da var. Puncab vilayətinin səhiyyə rəsmisi Salman Rafiq ağır yaralıların xəstəxanalara çatdırıldığını bildirib.

Şahidlərin dediyinə görə, insanlar Pasxa bayramı münasibəti ilə parka toplaşıb. Hücumun azlıqları hədəf aldığı bəlli deyil.

​Eyni zamanda paytaxt İslamabadda minlərlə pakistanlı vilayət qurbernatorunun ölümündə ittiham edilən şəxsin ölüm hökmünün icrasına etiraz edib. Aksiya iştirakçıları ictimai nəqliyyat terminallarında yanğınlar törədib.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

XS
SM
MD
LG