Accessibility links

Pakistanın şimal bölgəsindəki qaçqın düşərgəsində baş verən bomba hücumu azı 13 nəfərin ölümünə, 30-dan çoxunun yaralanmasına bais olub.

Regiondan daxil olan məlumatda maşına yerləşdirilmiş bombanın Pişəvər yaxınlığındakı Calozay qaçqın düşərgəsində partladıldığı və ətrafdakı bir neçə maşını sıradan çıxardığı deyilir.

Partlayış yüzlərlə insanın ərzaq yardımı almaq üçün növbədə dayandığı vaxt törədilib.

Qəbilələrin yaşadıqları bölgələrdən gəlmiş minlərlə qaçqının məskunlaşdığı düşərgə Pakistan ordusu ilə Taliban yaraqlılarının döyüşdüyü cəbhə bölgəsində yerləşir.

2008-ci ildə keçirilmiş son seçkilərdən bəri Pakistanda təhlükəsizlik durumu pisləşib. Növbəti seçkilər 11 mayda keçiriləcək.
XS
SM
MD
LG