Accessibility links

Pakistann şimal-qərb bölgəsindəki məhkəmə binasına odlu silah və bomba ilə həyata keçirilən intiharçı hücumu azı 7 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.

Polis və şahidlərin dediyinə görə, əyinlərində intiharçı gödəkçəsi olan 3 nəfər silahlı Çarsadda şəhərindəki məhkəmə binasına girmək üçün qumbaralardan da istifadə edib.

Xəstəxana və polis rəsmiləri ölənlər arasında bir vəkilin, polis işçiləri və mülki vətəndaşların olduğunu bildirib.

Mərdan regional polis idarəsinin rəis müavini, general İjas Əhməd Xan mühafizəçilərin hücumçulara dərhal cavab atəşi açdıqlarını deyib.

Talibanın Pakistandakı qolu olan Camaət-ül Əhrar yaraqlı qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb.

Son iki həftə ərzində yaraqlıların ölkədə törətdiyi hücumlar nəticəsində 120 nəfərdən çox insan həyatını itirib, yüzlərlə insan yaralanıb.

XS
SM
MD
LG