Accessibility links

Pakistan Əfqanıstanda sülh və siyasi barışıq səyləri çərçivəsində daha 7 əfqan talib məhbusun azadlığa buraxıldığını bildirib.

Bu gün açıqlanan bəyanat Əfqanıstan prezidenti Həmid Karzayın İslamabada səfərindən və Pakistanda heç bir ittiham irəli sürülmədən həbs olan Taliban liderlərinin azadlığa buraxılmasını tələb etməsindən iki həftə sonraya təsadüf edir.

Keçən ilkin sərbəst buraxılmaları da nəzərə salsaq azadlığa çıxan Taliban üzvlərinin sayı 26-ya çatır.

Əfqanıstan rəhbərliyi inanır ki, qonşu Pakistanda həbsdə olan Taliban üzvləri sərbəst buraxılıb, Əfqanıstana qayıdacağı təqdirdə oradakı yaraqlıları zorakılıqlara son qoymağa məcbur edə bilər.

Ancaq Pakistanın Kabildəki səfiri Rustum Şax Mohmand da daxil olmaqla bir çox tənqidçi rəsmi İslamabadın talib məhbusları azadlığa buraxmasınınsülh səylərinə müsbət təsir edəcəyinə skeptik yanaşır.
XS
SM
MD
LG