Accessibility links

Pakistan daha bir fəlakət riski qarşısındadır


Pakistan daha bir fəlakət riski qarşısındadır

Pakistan daha bir fəlakət riski qarşısındadır

Pakistan rəsmiləri ölkənini cənub regionlarının gələn bir neçə gün ərzində sellərə məruz qalacağı barədə xəbərdarlıq verir.

Pakistan rəsmiləri ölkənini cənub regionlarının gələn bir neçə gün ərzində sellərə məruz qalacağı barədə xəbərdarlıq verir. Heydərabad şəhərində İndus çayının səviyyəsinin yüksələcəyi proqnozlaşdırılır. Bölgədə sədlər qurulur, on minlərlə insan evakuasiya edilir. BMT beynəlxalq ictimaiyyətə müraciət edərək, 800 000 pakistanlıya yardım üçün əlavə 40 vertolyot istəyib. Pakistanın Puncab, Sindh və digər vilayətlərində sellər kəndləri yuyub aparıb, əkin sahələri və infrastrukturu sıradan çıxarıb. 1600 adam fəlakətin qurbanı olub. 3.5 milyon uşaq su vasitəsi ilə yayılan yoluxucu xəstəliklər riski qarşısındadır.

XS
SM
MD
LG