Accessibility links

Pakistanda pilotsuz təyyarə zərbələri 19 adamı öldürüb


Pakistanın şimal-qərbində pilotsuz təyyarə hücumları nəticəsində ölənlərin sayı 19-a yüksəlib.

Cümə günü Şimali Vəziristan vilayətində endirilən hava zərbələri 12 adamın həyatına son qoymuşdu.

ABŞ-ın dron hücumları ictimai qəzəbə səbəb olaraq ABŞ-la Pakistan arasındakı münasibətləri gərginləşdirib.

Cümə günü endirilən hava zərbələri NATO maşına karvanına məxsus iki yük maşınının Pakistandan Əfqanıstana təchizat daşımasından bir gün sonraya təsadüf edir.

Pakistanlılar deyirlər ki, dron zərbələri mülki vətəndaşları öldürür və ölkənin suverenliyini pozur. ABŞ hücumların ehiyatla istiqamətləndirildiyini və yalnız cüzi sayda mülki vətəndaşın öldüyünü deyir.

Ötən həftələrdə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Şimali Vəziristanda hücumları artırıb. Militantlar bu ərazidən tez-tez Əfqanıstana keçərək ABŞ qüvvələrinə hücum edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG