Accessibility links

Pakistan sakinləri və kəşfiyyat rəsmilərinin ehtimallarına görə, şimali Vəziristanın Əfqanıstanla sərhəd qəbilə regionunda ABŞ-ın iki pilotsuz təyyarəsinin hücumu nəticəsində azı on nəfər həyatını itirib.

Təsdiqlənsə, dünən axşam və bu gün həyata keçirilən hücumlar ötən altı ay ərzində ilk Amerika pilotsuz təyyarə hücumu olacaq.

Pakistan hökuməti Talibanla sülh danışıqlarına başlayanda ABŞ-dan pioltsuz təyyarə hücumlarını dayandırmalarını istəmişdi.

Raket hücumu Kəraçidə Pakistan Talibanının hava limanına hücumundan üç gün sonraya təsadüf edir. Hava limanındakı hücum zamanı 10-u silahlı şəxs olmaqla, 36 nəfər ölmüşdü.
XS
SM
MD
LG