Accessibility links

ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində Pakistanda Taliban komandiri qətlə yetirilib


Pakistanın xarici işlər nazirliyi açıqladığı bəyanatda hücumla bağlı ciddi narahatlıq ifadə edib

Pakistanın şimal-qərb bölgəsinin rəsmiləri bildirir ki, ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində Taliban yüksək səviyyəli komandiri daxil olmaqla altı nəfər qətlə yetirilib.

Təhlükəsizlik rəsmiləri pilotsuz idarə edilən təyyarəsinin Şimali Vəziristan vilayalətinin Çaşma kəndində bir evə iki raket atdığını bildirib. Əfqanistanla sərhəddə yerləşən bu ərazi Taliban və Əl-Qaidə yaraqlılarının istehkamı hesab edilir.

Pakistanın xarici işlər nazirliyi açıqladığı bəyanatda bugünkü raket hücumu ilə bağlı ciddi narahtlığını bifadə edib. Bəyanatda bu kimi əməliyyatların günahsız insanların ölümü ilə nəticələndiyi və ölkənin suverenliyinin pozulması olduğu vurğulanıb.

Bu, mayın 11-də Pakistanda pilotsuz idarə edilən təyyarə hücumlarının əsas mövzulardan biri olduğu ümumi seçkidən sonra ilk hücumdur.
XS
SM
MD
LG