Accessibility links

Pakistan Əfqanıstanla sərhəddəki məşğul Torxam keçid məntəqəsini bügün yenidən açıb. İki ölkə arasında bir həftədir davam edən toqquşmalar məntəqənin bağlanmasına yol açaraq minlərlə səyahətçinin və ticarət konvoylarının məntəqədə ilişib qalmasına səbəb olmuşdu.

Pakistan rəsmilərinin sözlərinə görə, qanuni sənədləri olan əfqanlara və eləcə də ticarət məhsulları daşıyan yük maşınlarına sərhədi keçməyə icazə verilib.

Sərhəddəki toqquşma Pakistan terrorçuların və sərhədəi qeyri-qanuni keçənlərin qarşısını almaq üçün sərhəddə darvaza inşa etməsi üzərində baş qaldırmışdı. Əfqanıstan rəsmiləri təkidlə bildirirdilər ki, inşa işləri mübahisəli ərazidə həyata keçirilir və ortaq maraqlara xələl gətirir.

İslamabad ittihamları rədd edərək bildirib ki, obyekt 37 metr Pakistanın hüdudları daxilinə doğru inşa edilir.

Rəsmilərin sözlərinə görə, atışmalar nəticəsində ən azı 4 əsgər həlak olub, hər iki tərəfdən mülki vətəndaşlar da daxil olmaqla 40-a yaxın insan isə yaralanıb.

Əfqanıstan və Pakistan münaqişənin başlamasına görə bir-birini ittiham edib.

Ancaq İslamabad və Kabil arasında məsələnin diplomatik yolla həllinə dair razılıq əldə olunandan sonra sərhəddə atışma dayanıb.

XS
SM
MD
LG