Accessibility links

Pakistanda Charlie Hebdoya qarşı etirazlar keçirilir


Supporters of Pakistani religious party Jamaat-i-Islami rally to protest against French satirical magazine Charlie Hebdo in Islamabad, Pakistan, Jan. 16, 2015.
Supporters of Pakistani religious party Jamaat-i-Islami rally to protest against French satirical magazine Charlie Hebdo in Islamabad, Pakistan, Jan. 16, 2015.

Karaçi şəhərində keçirilən etiraz istisna olmaqla, cümə günü etirazların çoxu dinc keçib.

Pakistanda insanlar Məhəmməd peyğəmbərin karikutarısını təsvir edən fransız satirik jurnalı Charlie Hebdo-ya etiraz əlaməti olaraq küçələrə axışıb.

Kəraçi şəhərində keçirilən etiraz aksiyası istisna olmaqla, cümə günü nümayişlərin çoxu dinc keçib. Kəraçidə Fransa konsulluğunun önündə 200 etirazçı ilə polis arasında qarşıdurma baş verib.

Etirazçılar onları suvururan maşınlar və bibər qazı ilə dağıtmağa çalışan polisə daş atıblar. Fransa xəbər agentliyinin (AFP) fotoqrafı və üç digər insan xəsarət alıb.

Etirazçıların əksəriyyəti Cəmaəti-İslami siyasi partiyasının tələbə üzvləri olub.

Pakistan höküməti Parisdə ötən həftə 12 nəfərin ölümünə səbəb olan Charlie Hebdo jurnalına qarşı hücumları qınayıb. Lakin əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Pakistan xalqının böyük hissəsi jurnalın Məhəmməd peyğəmbərin karikaturasını təsvir etməsini İslama qarşı təhqir kimi görürlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG