Accessibility links

Pakistanın sabiq baş nazirinin oğlu Əl-Qaidə girovluğundan xilas edilib


Əli Heydər Gilani Pakistanın Kabildəki səfiri ilə
Əli Heydər Gilani Pakistanın Kabildəki səfiri ilə

Pakistanın sabiq baş nazirinin oğlu hərbi əməliyyat zamanı Əl-Qaidə ilə əlaqəsi olan insan oğrularının əlindən xilas edildikdən sonra Əfqanıstandan geri dönüb.

Üç illik əsir həyatından sonra Lahorda evinə qayıdan Əli Heydər Gilanini yüzlərlə qohumu və tərəfdarı qarşılayıb.

Əli Heydər Gilani bacı və qardaşları ilə birgə
Əli Heydər Gilani bacı və qardaşları ilə birgə

Kabilə geri dönməmişdən öncə isə Gilani Əfqanıstan hökümətinə minnətdarlığını bildirib.

Gilani üç il öncə Multan şəhərində seçki mitinqində silah gücü ilə qaçırılıb və daha sonra Əfqanıstana aparılıb.

ABŞ və Əfqanıstanın xüsusi təyinatlı qüvvələrinin birgə anti-terror əməliyyatı nəticəsində Gilani Əl-Qaidənin Pakistan sərhədi yaxınlığında yerləşən Paktika vilayətindəki kompleksindən azad edilib.

ABŞ və Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, Gilani ABŞ-ın nəzarətində olan Bagram hərbi bazasına köçürülüb. Orada o, tibbi müayinədən keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG