Accessibility links

ABŞ rəsmisini Pakistan aeroportunda saxlayıblar

  • Amerikanın səsi

ABŞ rəsmisini Pakistan aeroportunda saxlayıblar

ABŞ rəsmisini Pakistan aeroportunda saxlayıblar

Bu gün Pakistanda rəsmilər ABŞ diplomatının əşyalarının içərisində güllələr aşkar etdikdən sonra onu qısa müddətə saxlayıblar. Rəsmilər deyib ki, amerikalı rəsmi həbs edilərkən Pişəvər şəhərindən paytaxt İslamabada yola düşürdü. Polis məntəqəsində bir neçə saat saxlanıldıqdan sonra onun ABŞ konsulluğuna getməsinə icazə verilib. ABŞ rəsmisi saxlanılan şəxsin səfirliyin işçisi olduğunu və diplomatik toxunulmazlıq hüququna malik olduğunu bildirib. Rəsmilər ABŞ səfirliyinin hadisə ilə bağlı Pakistan rəsmiləri ilə əlaqə saxladığını deyib. ABŞ rəsmisinin Pakistanda olması ötən ilin yanvar ayından bəri çox həssas məsələ olub. O zaman Mərkəzi Kəşfiyyat Agentliyinin kontraktoru Raymond Devis Lahor şəhərində iki pakistanlını öldürdüyünə görə həbsə alınmışdı.

XS
SM
MD
LG