Accessibility links

Pakistanın Kəraçi şəhərində Pakistan Beynəlxalq Hava Yolları şirkətinin özəlləşdirilməsinə qarşı çıxan etirazçılarla təhlükəsizlik qüvvələri arasında yaranan qarşıdurma nəticəsində azı iki nəfər həyatını itirib.

Etiraz aksiyasının təşkilatçıları bildirib ki, təhlükəsizlik qüvvələri onlara atəş açıb. Həlak olanlar və yaralanlar hava yollarının işçiləri olub.

Polis su şırnağıdan və gözyaşardıcı qazdan istifadə edərək hava limanına yaxınlaşan etirazçıların qarşısını alıb.

Pakistan Beynəlxalq Hava Yolları şirkətinin yüzlərlə işçisi özəlləşdirməyə qarşı həftələrdir aksiya keçirir. Etiraz aksiyası şirkətin uçuşlarının təxirə salınmasına səbəb olmayıb.

XS
SM
MD
LG