Accessibility links

Hindistan Pakistanın hərbi qüvvələrini Kəşmir ərazisində hərbi məntəqəyə hücum edərək beş əsgərini öldürməkdə ittiham edib.

Hadisə iki ölkənin yanvar ayından dalana dirənmiş sülh danışıqlarına yenidən başlaması üçün verdikləri qərardan sonra baş verib.

Hindistan Kəşmirinin baş naziri Ömər Abdulla Twitter hesabından bu kimi hadisələrin Pakistan ilə əlaqələrin normallaşdırılmasına və ya yaxşılaşdırmasına kömək etməyəcəyini deyərək, İslamabadın sülh təklifini sual altına alıb.

Pakistan ittihamları qəbul etmir.

1947-ci ildən Hindistanının Britaniyadan müstəqilliyini əldə etməsindən sonra iki ölkə arasında bölünən Kəşmirin nəzarəti uğrunda Hindistanla Pakistan arasında iki dəfə müharibə aparılıb.
XS
SM
MD
LG