Accessibility links

Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib


Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib
Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib

Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib. Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi yardımı münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyən tərəflər arasında müsbət addım kimi qiymətləndirib

Pakistan Hindistanın 5 milyon dollarlıq ərzaq yardımını qəbul edib. Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi yardımı münasibətlərdəki gərginliyi aradan qaldırmaq istəyən tərəflər arasında müsbət addım kimi qiymətləndirib. ABŞ Pakistanı Hindistanın yardımını rədd etməməyə və daşqınlara məruz qalan 20 milyon insana yardım yolunda düşmənçiliyin dayanmasına yol verməməyə çağırmışdı. Dünən BMT-nin Baş Assambleyasında Pakistanla bağlı xüsusi yığıncaq keçirilmişdi. Ötən həftə Pakistana səfər edən BMT-nin baş katibi Ban Ki Mun yığıncaqda vəziyyətlə bağlı çıxış etmiş və dünya ictimaiyyətini fəlakətə məruz qalanlara yardımlarını artırmağa çağırmışdı.

XS
SM
MD
LG