Accessibility links

Pakistan hərbi qüvvələrinin Əl-Qaidə ilə əlaqəsi olduğunu deyən jurnalist qətlə yetirilib


Pakistan hərbi qüvvələrinin Əl-Qaidə ilə əlaqəsi olduğunu deyən jurnalist qətlə yetirilib
Pakistan hərbi qüvvələrinin Əl-Qaidə ilə əlaqəsi olduğunu deyən jurnalist qətlə yetirilib

Pakistan hərbi qüvvələrinin Əl-Qaidə ilə əlaqəsinin mümkünlüyü barədə yazan jurnalistin iki gün itkin düşməsindən sonra cəsədinin aşkar edildiyi xəbər verilir. Baş qərargahı Honq-Konqda yerləşən Asia Times Online və İtaliyanın Adnkornos xəbər agentliyi üçün işləyən Seyid Səlim Şahzadın qohumları onun cəsədinin bu gün paytaxt İslamabaddan 200 km məsafədə, Pəncab vilayətinin Mandi-Bahauddin mahalında aşkar edildiyini bildirib. Üç uşaq atası, 40 yaşlı jurnalisti son dəfə bazar günü evindən çıxarıb televiziya müsahibəsinə gedərkən görmüşlər.

Şahzad Pakistan hərbi dəniz qüvvələri ilə Əl-Qaidə arasında əlaqə barədə may ayının 22-si yaraqlıların Kəraçidəki hərbi dəniz bazasına etdikləri və insan itkisi ilə nəticələnən hücumundan sonra yazmışdı.

XS
SM
MD
LG