Accessibility links

Hindistanla Pakistan Kəşmir zorakılığına görə bir-birini ittiham edir


Hindistanla Pakistan son günlər Kəşmir regionunda bir neçə adamın ölümünə səbəb olan zorakılıqlarda bir-birini günahlandırır.

Bu gün Pakistan Hindistan ordusunun heç bir səbəb olmadan atəş açması nəticəsində dörd mülki vətəndaşın öldüyünü, digər dördünün isə yaralandığını bildirib. Ölkənin Xarici İşlər Nazirliyi quru və hava sərhədlərində pozuntular olduğunu deyən Hindistanın İslamabaddakı ali komisarına ciddi etirazını bildirib.

Pakistan bildirib ki, hərbi qüvvələri çərşənbə günü ölkənin hava məkanına qeyri-qanuni keçən Hindistana məxsus pilotsuz casus təyyarəsini vurub. Hindistan ordusu isə bu ittihamı rədd edib.

Hindistan da Pakistan hərbi qüvvələrinin bu gün səhər tezdən sərhəddə atəş açaraq, üç kəndlini yaraladığını deyib. Hindistan eləcə də, çərşənbə günü Kəşmirdə baş verən atışma zamanı bir qadının öldürüldüyünü, azı iki nəfərin yaralandığını bildirib. Dehli onu atəşkəsi pozmaqda günahlandırdığına görə Pakistana etiraz notası göndərib.

Pakistanın xarici işlər naziri bu gün Hindistanı 2003-cü ildə əldə edilən Kəşmirin sərhəd bölgəsində və regionda sülh və əmin-amanlığı təmin edəcək razıllığa hörmət etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG