Accessibility links

Pakistan yüksək təhlükəsizlik şəraitində regional sammit keçirir


İslamabadın əsas şosse yolunda Azərbaycan, Qazaxıstan and Türkiyə prezidentlərinin portretləri yerləşdirilmiş plakat

Pakistanda çərşənbə günü regional iqtisadi sammitin işinə başlamasından öncə paytaxt İslamabad və onun ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. Türkiyə və İran prezidentləri də zirvə görüşündə iştirak edəcək.

10 ölkənin daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti Pakistanda insan ölümü ilə nəticələnən intiharçı hücumları və militant hücumlarının törədildiyi bir vaxt keçirilir.

Pakistan dövlətinin əleyhdarı olan Taliban qüvvələri və İslam Dövləti qrupu ilə əlaqəsi olan yerli militant qruplar son iki həftə ərzində çox sayda insanın həyatını itirdiyi hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla İqtisadi Əməkdaşlıq Təhşkilatına üzv ölkələrin xarici işlər nazirləri və yüksək səviyyəli nümayəndələri artıq İslamabaddadır və görüşlər keçirməyə başlayıb.

Polis Lahor şəhərində intiharçı bomba hücumunun baş verdiyi ərazidə, 23 fevral, 2017
Polis Lahor şəhərində intiharçı bomba hücumunun baş verdiyi ərazidə, 23 fevral, 2017

Qarşıdakı risklər

Pakistanın xarici siyasət məsələləri üzrə müşaviri Sartaj Əziz üzv ölkələrin qlobal sülh, sabitlik və tərəqqi naminə effektiv regional iqtisadi əməkdaşlıq aparması üçün birgə işləməsinin vacibliyini vurğulayıb.

Pakistanın xarici siyasət məsələləri üzrə müşaviri Sartaj Əziz İslamabadda sammitin açılışından öncə keçirilən iclasda çıxış edir.
Pakistanın xarici siyasət məsələləri üzrə müşaviri Sartaj Əziz İslamabadda sammitin açılışından öncə keçirilən iclasda çıxış edir.

"Bizim regionumuz ekstremizm, terrorizm, narkotiklərin ticarəti və trans-milli mütəşəkkil cinayətkarlıq kimi risklərlə qarşılaşır. Buna görə də sosio-iqtisadi və insan potensialının inkişafı üçün innovativ yanaşmaya və birgə səylərə ehtiyac var"-deyə Əziz bildirib.

BMT və Çinin nümayəndə heyəti də sammitdə müşahidəçi qismində iştirak edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının əsası İran, Pakistan və Türkiyə tərəfindən qoyulub.

Gərginliklər

Pakistan son aylar Əfqanıstan və Hindistanın boykotu ilə əlaqədar bir neçə dəfə regional əməkdaşlığa dair görüşləri ləğv etməli olmuşdu. Hər iki ölkə İslamabadı onların ərazisində törədilən terror hücumlarına dəstəkdə ittiham edib.

Bizim regionumuz ekstremizm, terrorizm, narkotiklərin ticarəti və trans-milli mütəşəkkil cinayətkarlıq kimi risklərlə qarşılaşır. Buna görə də sosio-iqtisadi və insan potensialının inkişafı üçün innovativ yanaşmaya və birgə səylərə ehtiyac var.

Pakistan rəsmiləri bu ittihamların əsassız olduğunu bildirirərək onları rədd edib və Əfqanıstan və Hindistanın kəşfiyyat agentliklərini ölkə ərazisində son zamanlar törədilən militant hücumlarına birgə sponsorluq etməkdə günahlandırıb.

Xarici siyasət məsələləri üzrə müşavir Sartaj Əziz çərşənbə axşamı günü keçirilən iclasdakı çıxışında Pakistanın terrorizm və ekstremizmə qarşı müvəffəq mübarizə apardığını qeyd edib. O, Pakistanda milli təhlükəsizik və iqtisadiyyat sahələrində vəziyyətin yaxşılaşdırıldığını və ölkəyə beynəlxalq investisiyaların cəlb olunması üçün şəraitin yaradıldığını bildirib.

"Biz heç bir sədd olmadan ticarət fəaliyyətlərinin maneəsiz axını üçün tranzit keçid yarada bildiyimizə əminik"-deyə o bildirib.

İkitərəfli əlaqələrdə gərginliklərə baxmayaraq, Əfqanıstan hökuməti İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyə razılıq verib. Əfqanıstanın İslamabaddakı səfiri və eyni zamanda prezidentin Pakistan üzrə xüsusi nümayəndəsi titulunu daşıyan səfir Həzrət Ömər Zaxilval ölkəni zirvə görüşündə təmsil edir.

XS
SM
MD
LG