Accessibility links

Pakistan prezidenti Asif Əli Zərdari İrana səfər edib

  • Amerikanın səsi

Pakistan prezidenti Asif Əli Zərdari İrana səfər edib

Pakistan prezidenti Asif Əli Zərdari İrana səfər edib

Pakistan prezidenti Asif Əli Zərdari prezidenti Mahmud Əhmədinejad da daxil olmaqla, İranın yüksək səviyyəli rəsmiləriilə danışıqlar keçirmək məqsədilə Tehrana səfər edib. Prezident Zərdari və İran prezidenti Mahmud Əhmədinejad bir ay bundan əvvəl Əfqanıstanda anti-terror konfransı çərçivəsində görüşüb, ikitərəfli münasibətlər, o cümlədən, İran-Pakistan qaz kəməri layihəsinin müzakirə etmişdi. Prezident Zərdarinin İrana səfəri İslamabad və Vaşinqton arasında münasibətlərdə soyuqluğun müşahidə olunduğu bir vaxta təsadüf edir. ABŞ bu yaxınlarda Pakistana 800 milyon dollar vəsaitin ayrılmasını dayandırıb. Bu, ABŞ-ın terrorizmə qarşı müharibədə tərəfdaşına ayırdığı vəsaitin üçdə bir hissəsini təşkil edir.

XS
SM
MD
LG