Accessibility links

Pakistanın Baş naziri İrandan qaz kəməri çəkilişini sürətləndirməyə çağırır


Pakistanın Baş naziri İrandan qaz kəməri çəkilişini sürətləndirməyə çağırır
Pakistanın Baş naziri İrandan qaz kəməri çəkilişini sürətləndirməyə çağırır

Pakistanın Baş naziri Yusif Raza Gilani ölkəsinin qonşu İrandan təbii qazı idxal etməyə imkan verən kəmərin inşasını sürətləndirməli olduğunu deyib. Baş nazir Gilani bu gün İslamabadda İranın Xarici İşlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Danışıqlar zamanı Salehi Pakistan liderinə kəmərin İran hissəsinin gələn il hazır olacağını deyib. 7,5 milyard dollara başa gələcək kəmər İranın Cənub Pars qaz yatağı ilə Pakistanın Bəlucistan və Sindh vilayətlərini birləşdirəcək. Layihənin başlaması bir neçə dəfə ləngiyib. İrana qarşı nüvə fəaliyyətlərinə görə sanksiyalar tətbiq etmiş Birləşmiş Ştatlar layihənin əleyhinəi çıxış edir. Pakistan rəsmiləri bildirir ki, kəmər 2015-ci ilin ortalarına qədər ölkəni 21 milyon kubmetr qazla təmin edəcək.

XS
SM
MD
LG