Accessibility links

Pakistanın cənub-qərbi Bəlucistan vilayətindəki sufi məbədinə qarşı hücum zamanı 43 adam ölüb, 100-dən çox insan yaralanıb. İslam Dövlətinin məsuliyyətini üzərinə aldığı hücumun qurbanlarının sayının artacağı ehtimal edilir.

Hadisə yerində yüzlərlə insanın olduğu bildirilir. Ölənlər arasında qadın və uşaqlar da var.

Yerli rəsmilər Şah Nurani məbədindəki bomba hücumu nəticəsində yaralananların bəzisinin vəziyyətinin ciddi olduğunu bildirir.

Şahidlər bu ucqar bölgədə xəstəxana olmadığı üçün yaralıların çoxunun öləcəyini deyir.

Təcili yardım işçilərinin hadisə yerinə çatması saatlarla vaxt aparıb. Məbəd ziyarətçilərinin bəziləri maşınlarında yaralıları daşıyıb.

Pakistan ordusunun sözçüsü qüvvələr və tibbi personalın səfərbər edildiyini bildirib.

Show comments

XS
SM
MD
LG