Accessibility links

Pakistanın İslam İdeologiya Şurası kişilərin həyat yoldaşlarını “yüngülcə” döyməsinə icazə verilməsi haqda qanun təklif edib [Video]


Pakistanın İslam İdeologiya Şurası kişilərin həyat yoldaşlarını “yüngülcə” döyməsinə icazə verilməsi haqda qanun təklif edib. Fotoqraf Fahhad Racper buna “TryBeatingMeLightly”, “Məni yüngülcə döy” adlı foto lahiyə ilə cavab verib. Bu kampaniya mediada yayılmaqla yanaşı, məişət zəminində zorakılıqlara dair qlobal müzakirələrə yol açıb.

Kampaniya Pakistanın İslam İdeologiya Şurasının kişilərə həyat yoldaşlarını “yüngülcə” döymək barədə qanun haqda təklifilə başlayıb.

Təklifə verilən reaksiyaları görən pakistanlı fotoqraf Fahhad Racper kamerası ilə “ərim məni döysə nə edərəm” deyən dünya qadınlarının şəkillərini çəkib kampaniya başlayıb.

Bir həftə içərisində onun #TryBeatingMeLightly kampanyası populyarlaşaraq, təkcə Pakistanda deyil, bütün dünyada qadınlara qarşı rəftar haqda sosial mediada qlobal səviyyədə müzakirələrə yol açıb. Fahhad Amerikanın Səsinə bildirib ki, kampaniya vasitəsi ilə o öz üzərinə məişət zəminində zorakılıqları işıqlandırmaq kimi bir vəzifə götürüb.

Fahhad Racper: “Mənim ölkəmdə və ya dünyada nə isə pis bir şey baş verirsə, bir insan kimi münasibətimi bildirmək mənim borcumdur və mən bunu etdim.”

Kampaniyanın əsas etibarilə Pakistana aid olmasına baxmayaraq, qadınları dəstəkləyən Vital Voices insan haqları təşkilatının vitse-prezidenti Sindi Dyer bildirib ki, məişət zəminində zorakılıqlar Birləşmiş Ştatlar da daxil olmaqla, hər bir ölkəyə aid problemdir.

Sindi Dyer: “ Bu, təkcə Yaxın Şərq və Asiyaya adi hal deyil. Bu hər yerdə baş verir. Məişət zəminində zorakılıq qlobal problemdir. Maraqlıdır ki, bu problem Birləşmiş Ştatlar da daxil olmaqla bütün ölkələrdə eynidir.”

#TryBeatingMeLightly kimi sosial media kampaniyası dünyanın bir çox yerlərində işıqlandırılmayan bu problemə diqqəti artırır. Emira Vuds Siyasi Araşdırmalar İnstitutunda Afrika əlaqələri üzrə ekspertdir.

“Mən xüsusilə də kolleclərdəki gənc qızların qadınlara qarşı zorakılıq hallarına diqqət məsələsini həm sosial mediada, həm də küçələrdə tələb etmələrini alqışlayıram”-deyə o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG