Accessibility links

Minlərlə pakistanlı ruhani Tahirul Qədrinin siyasi dəyişikliklər çağırışı ilə təşkil etdiyi yürüşdə iştirak etmək üçün paytaxta toplaşmaqdadır.

Bu yaxınlarda Kanadadan vətənə qayıdan Qədrinin seçkilərdə dəyişikliklər etmək məqsədi ilə bazar ertəsi paytaxt İslamabadın küçələrinə bir milyon insanı nümayişlərə çıxaracağını deməsinə baxmayaraq, ilkin hesablamalar o hədəfə çatılmayacağını göstərir.

Tarihul Qədri ölkədə rüşvətxorluq, xroniki enerji çatışmazlığı, iqtisadi ləngimə, cinayət və Taliban yaraqlıları tərəfindən artan hücumların qarşısının alınması üçün müvəqqəti hökumətin təşkil edilməsinə çağırır.

Hökumət və diplomatik binalarının qorunması üçün İslamabadın küçələrinə minlərlə təhlükəsizlik işçisi çıxarılıb.
XS
SM
MD
LG