Accessibility links

Pakistan ölkədəki yaraqlılarla Kaliforniyada hücum törətməkdə şübhəli bilinən şəsxslər arasında əlaqənin olmadığını bildirir


Pakistanın Daxili İşlər naziri Çoudhry Nisar Əli Xan jurnalistlərlə mətbuat konfransında
Pakistanın Daxili İşlər naziri Çoudhry Nisar Əli Xan jurnalistlərlə mətbuat konfransında

Pakistan yaraqlılarla Kaliforniya hücum törətməkdə şübhəli bilinən şəsxslər arasında əlaqənin olmadığını bildirir

Pakistanın Daxili İşlər nazirliyi bildirib ki, ölkədəki yaraqlılar və Kaliforniyada silahlı hücumu törətməkdə şübhəli bilinən pakistanlı qadın arasında elə görünür əlaqə olmayıb.

Daxili İşlər naziri Coudri Nisar Əli Xan müxbirlərə Pakistan rəsmilərinin 27 yaşlı Təşfin Məlik haqda malik olduğu məlumatları çatdırıb.

Xan deyib ki, təhqiqat onun 25 il bundan əvvəl valiydenləri ilə birlikdə Səudiyyə Ərəbistanında məskunlaşdığını müəyyən edib. Onun bacısı və qardaşları orada boya-başa çatıb. Təşfin Məlik Pakistanda universitetində təhsil alıb, lakin təhqiqat onun islamçı yaraqlılarla əlaqəsinə dair dəlil tapmayıb.

Təşfin Məlik və Sayed Rizvan Faruk
Təşfin Məlik və Sayed Rizvan Faruk

Daxili işlər naziri Pakistanın Birləşmiş Ştatlara yardımını təklif etdiyini deyib.
"Biz hüququ sahədə yardım təklif etmişik, bu bizim beynəlxalq məsuliyyətimizdir. Birləşmiş Ştatlar bizə nə zaman müraciət etsə, biz hüquqi yardımı təmin edəcəyik, amma o məhduddur"-deyə Xan bildirib.

ABŞ rəsmiləri Təşfin Məlik və onun ABŞ-da anadan olan həyat yoldaşı Sayed Rizvan Farukun Kaliforniyanın San Bernardino şəhərində 14 adamın ölümü, 21 adamın yaralanması ilə nəticələnmiş hücumu törətməsinin səbəblərini müəyyən etməyə çalışır.

Təşfin Məlik Birləşmiş Ştatlara "nişanlı vizası" adı ilə tanınan K-1 vizası əsasında gəlib. Məlik və Faruk hücumu keçirməzdən əvvəl altı aylıq qızlarını qohumları ilə evdə qoyub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG