Accessibility links

Pakistanda istidən 700-dən çox insan ölüb


Keçən həftə Sind vilayətində müsbət 43 dərəcə isti çoxu liman şəhəri Kəraçidə olmaqla, yüzlərlə insanın ölümünə səbəb oldu. “Edhi Fondu”nun sözçüsü Ənvər Kaziminin dediyinə görə, son altı gündə xeyriyyəçilərin yardımı ilə 700-dən çox cəsəd morqlara və təcili yardım bölmələrinə yerləşdirilib. Sözçü “Edhi Fondu”na aid 200 təcili yardım maşınının xəstələri xəstəxanalara, cəsədləri isə morqlara daşıdığını bildirib.

Yerli xəstəxanalar istilik səbəbi ilə xəstələrlərlə doludur. Həkimlər yaşlı, eləcə də diabet və böyrək xəstəliyi olan insanların istinin təsirinə daha çox məruz qaldığı ilə bağlı xəbərdarlıq edib. Sind vilayətinin rəhbərliyi bölgədə tibbi fövqəladə vəziyyət elan edib.

Pakistanın baş naziri Nəvaz Şərifin ofisinin verdiyi bəyanatda Milli Fövqəladə Hallar Nazirliyinə təcili yardım işlərinə başlaması ilə bağlı göstəriş verildiyi bildirilir.

Bu arada, ölkənin müxalifət liderləri hökuməti tənqid edərək, insan ölümünə elektrik enerjisi çatışmazlığı probleminin səbəb olduğunu bildirib. Müxalifət Su və Elekrik naziri Xoca Asifin və onun müavini Abid Şer Əlinin istefasını tələb edib. Su və elekrik naziri isə Kəraçinin elekrtik enerjisi ilə “Kəraçi Elektrik” özəl şirkəti tərəfindən təmin edildiyini və federal hökumətin şirkətə nəzarət etmədiyini bildirib.

Pakistanda elektrik enerjisinin kəsilməsi problem mövcuddur. Bu il yay mövsümündə böyük şəhərlərdə elektrik enerjisiin hər gün 7 saatdan 10 saata qədər, kənd yerlərində isə 14 saatdan çox kəsildiyi müşahidə edilir.

XS
SM
MD
LG