Accessibility links

Pakistan rəsmilərinin bildirdiyinə görə, Sind vilayətindəki şiə məscidində cümə namazı zamanı həyata keçirilən bomba hücumu azı 58 nəfərin ölümünə, 50-yə yaxın insanın isə yaralanmasına səbəb olub.

Bomba hücumunun liman şəhəri Kəraçidən 470 km aralıdakı Şikarpurun Lakidar bölgəsində həyata keçirildiyi bildirilir.

Yaralananlardan bir neçəsinin vəziyyətinin ağır olduğu, ölənlərin sayının isə daha çox ola biləcəyi deyilir.

Hücumun məsuliyyətini sünni Cundulla təşkilatı öz üzərinə götürüb. Sünni ekstremistlər şiələrin əsl müsəlman olmadığını deyərək, onların dini ziyarətgahlarını hədəf alır. Son iki ildə ölkədə 800-dən çox şiə qətlə yetirilib.

XS
SM
MD
LG