Accessibility links

Bu gün səhər tezdən Pakistanın Kəraçi şəhərində iki qatarın toqquşması nəticəsində azı 21 nəfər ölüb.

Xəbərlər proqramlarında xilasedicilərin qəzaya uğrayan qatarın dağıntıları altında qalan insanları çıxarmaq üçün kəsici alətlərdən istifadə etdikləri nümayiş etdirilib.

Kəraçinin Cinnah xəstəxanasının rəsmiləri qəza zamanı yaralanan 50-yə qədər insanın xəstəxanaya çatdırıldığını bildirib.

Rəsmilərin dediyinə görə, ilkin istintaqın nəticələri dəmir yol işçilərinin qatarın getdiyi yolda səhvən yaşıl işıq yandırdıqlarını göstərib.

Yerli mediaya istinadən Kəraçidən yola düşən bütün qatarların hərəkətinin dayandırılıb.

Sentyabr ayında da Multan şəhərindəki dəmir yolunda yük qatarının sərnişin qatarı ilə toqquşması nəticəsində azı 4 nəfər ölmüş, 100 nəfərə qədər insan yaralanmışdı.

XS
SM
MD
LG