Accessibility links

Pakistanda nümayişçilərlə polis arasında qarşıdurma olub


Pakistanda Amerika əleyhinə nümayiş keçirənlərlə polis arasında qarşıdurma olub. Kəraçi şəhərində ABŞ konsulluğuna doğru irəliləyən kütlənin qarşısını polis gözyaşardıcı qaz və təzyiqli su ilə alıb.

Kəraçinin polis idarəsinin rəisi İqbal Mehmud bildirib ki, qarşıdurma zamanı 8 adam yaralanıb.

Məhəmməd Peyğəmbərin tənqid edildiyi hesab edilən filmə etiraz olaraq Pakistanın Lahor şəhərində 5 min adamın iştirakı ilə aksiya təşkil edilib.
XS
SM
MD
LG