Accessibility links


Pakistanın Baş naziri Nəvaz Şərif Vaşinqton bə İslamabad arasında son illər gərginliyə səbəb olan məsələləri müzakirə etmək üçün dörd günlük rəsmi səfərlə ABŞ-a gəlib. Bu, son illər ərzində Pakistan tərəfindən ABŞ-a yüksək səviyyədə ilk rəsmi səfərdir

Cənab Şərif bazar günü Dövlət katibi Con Kerri, çərşənbə günü isə ABŞ prezidenti Barak Obama ilə görüşlər keçirəcək. Görüşlərdə əks-terror, Vaşinqtonun Pakistanla sərhəddə məsafədən idarə edilən təyyarələrin hücumları da daxil olmaqla, bir sıra məsələləri müzakirə edələcək.

Pakistan və ABŞ arasında münasibətlərin 2011 və 2012-ci illərdə böhranlı durumla müqayisədə bu il yaxşılaşmağa doğru getdiyi müşahidə edilir.

ABŞ rəsmiləri cənab Şərifi onun may ayında baş nazir seçilməsindən sonra bölgədə gərginliyin azaldılması istiqamətində səylərinə yüksək qiymət verib.

Münasibətlərin yaxşılaşmasına işarə kimi ABŞ 2011-ci ildə Əl-Qaidə lideri Üsəma Bin Ladenin Pakistanda qətli ilə nəticələnmiş əməliyyatdan sonra əlaqələrdə gərginliklə bağlı təxirə saldığı 1,6 milyard məbləğində yardımı bu il ayırmaq qərarına gəlib.

ABŞ Taliban və qonşu Əfqanıstan arasında barışıq səylərində İslamabadın yardımını istəyir.
XS
SM
MD
LG