Accessibility links

Pakistanda oğurlanan professor dörd il sonra tapılıb


Professor Ajmal Khan

Professor Ajmal Khan

Dörd il əvvəl Taliban yaraqlıları tərəfindən oğurlanmış məşhur akademik Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən tapılıb. Rəsmilər hərbi qüvvələrin İslamiyyə Universitetinin prorektoru Ajmal Xanı cümə axşamı xilas etdiklərini bildirib.

Cənab Xan Pakistanın "Daun" qəzetinə Pakistanın Təhriki-Taliban qrupu tərəfindən oğurlandığını, lakin heç vaxt işgəncəyə məruz qalmadığını, qəbilələrin yaşadığı Vəziristanda saxlandığı müddətdə qiraətlə və dua etməklə məşğul olduğunu deyib.

Ajmal Xan 2010-cu ildə işə gedərkən oğurlanıb. Pakistan rəsmiləri Xanın oğurlandığı gündən bəri təhlükəsizlik qüvvələri tərəfindən axtarıldığını bildirib.

XS
SM
MD
LG