Accessibility links

Pakistanda küfr ittihamı ilə həbs olunmuş xristian qızın dinləməsi təxirə salınıb


Pakistanda iki həftə bundan əvvəl küfr ittihamı ilə həbs edilən qızın zaminə buraxılması ilə bağlı dinləmələr çümə gününə keçirildiyi üçün qız həmin günə qədər həbsdə qalacaq. Hakim vəkillərin keçirdiyi tətil aksiyasına görə dinləmələrin gününü dəyişməli olub.

Rimşa Məsih adlı qızın Qurani-Kərimin səhifələrini yandırdığını deyən qəzəbli qonşuların onun yaşadığı evi mühasirəyə almasından sonra o, polis tərəfindən həbs olunub.

Məscid nümayənlərinin polisi xəbərdar etməsindən sonra keçən həftənin şənbə günü Məsihə qarşı qurama dəlil yaratmaqda şübhəli bilinən müsəlman ruhanisi də nəzarət altına alınıb.

Pakistan qanununa görə, İslam və Məhəmməd Peyğəmbər əleyhinə danışan hər kəs ölüm cəzasına məhkum edilməlidir.

İttihamla üzləşən qızın 14 yaşı var və Daun sindromuna malikdir.
XS
SM
MD
LG