Accessibility links

Pakistan Əl-Qaidə liderinin hərbiçilərin çoxluq təşkil etdiyi bir şəhərdə necə yaşadığına dair suallarla üzləşib

  • Amerikanın səsi

Pakistanın baş naziri kəşfiyyat agentliklərinin onun ölkəsini Üsama Bin Ladeni ələ keçirə bilməməkdə ittiham etdiyini və Pakistanın Əl-Qaidə liderinin hərbiçilərin çoxluq təşkil etdiyi bir şəhərdə necə yaşadığına dair suallarla üzləşdiyini deyib. Yusif Raza Gilani bu gün Parisdə bildirib ki, Pakistan kəşfiyyat uğursuzluğu bütün dünyanın kəşfiyyat uğursuzluğu deməkdir.

Bin Ladenin bazar ertəsi sübh cağı ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən öldürülməsindən sonra Amerika rəsmiləri onun 1 milyonluq iqamətgahda illərlə necə yaşadığına dair suallar qaldırıb. Pakistan Bin Ladeni mühafizə etdiyini inkar edir. Dünən hökumət ABŞ-ın reydini tənqid edərək bildirib ki, heç kimin istədiyi vaxt Pakistana rahatlıqla girib-çıxma ixtiyarı yoxdur.

Amerikanın bəzi qanunvericiləri Pakistana göstərilən iqtisadi və hərbi yardımın bir daha nəzərdən keçirilməsinə çağırır. Keçən ay Pakistan və Əfqanıstana səfər edən nümayəndə heyətinin rəhbəri, Nümayəndələr Palatasının spikeri Con Beyner kimiləri isə Pakistanla əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır.

XS
SM
MD
LG