Accessibility links

Pakistanın Lahor şəhərində ABŞ əleyhinə nümayişlər keçirilib


Pakistanın Lahor şəhərində Birləşmiş Ştatların pilotsuz təyyarələrinin hücumlarına qarşı və NATO qüvvələrinin təchizat yolunun bağlanmasına dəstək məqsədi ilə yüzlərlə insan küçələrə çıxıb. Nümayiş Pakistanın Müdafiə Şurası, dini və sağçı siyasi partiyalar tərəfindən təşkil edilib.

Nümayişlər zamanı etirazçıların üzərində "Pilotsuz təyyarələr uçur, körpələr ölür! Uçuşlar dayandırılsın, sülh olsun!" plakatlar saxlayıb. Onlar eləcə də, "Amerika ilə dost olan satqındır!" şüarları bağıraraq, ABŞ prezidenti Barak Obamanın müqəvvasını yandırıb.

Pakistan hökuməti ABŞ-ın pilotsuz təyyarələrinin hücumlarını tənqid edərək, bunu lkənin suverenliyinin pozulması kimi dəyərləndirir. ABŞ isə bu hücumların İslamçı yaraqlılarla mübarizədə ən effektiv vasitərlərdən biri olduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG