Accessibility links

Mumbay şəhərində hücumun planlaşdırılmasında şübhəli bilinən şəxs həbs edilib


Pakistan polisi 2008-ci ildə azadlığa buraxıldıqdan bir neçə saat sonra Hindistanın Mumbay şəhərində hücumun planlaşdırılmasında şübhəli bilinən şəxsi həbs edib.

İslamabad polisi bildirib ki, Zakiur Rəhman Lakhvi pakistanlı bir şəxsi oğurlamaqda təqsirli bilinərək saxlanıb.

Həbsinə order verilən Lakvi bu gün səhər məhkəmə qarşısına çıxarılıb.

Ona qarşı Mumbayda 166 nəfərin öıümülə nəticələnmiş hücumları planlaşdırmaq və maliyələşdirmək ittihamları irəli sürülüb.

Pakistan məhkəməsi bu ayın əvvəli Lakhvini zaminə buraxmışdı. Lakin rəsmilər ictimai asayişin təmin edilməsinə dair qanunla onun həbsdə saxlanılması haqda qərar verib.

XS
SM
MD
LG