Accessibility links

Talibanın güllə ilə vurduğu 15 yaşlı qızın vəziyyəti yaxşılaşır

Malala xəstəxanada ailə üzvləri ilə görüşüb

Pakistanda Talibanın güllə ilə vurduğu 15 yaşlı Malala Yusifzainin atası qızının müvəqqəti olaraq fəaliyyətsiz qaldığını və onun tez zamanda işini davam etdirəcəyini deyib. Ziauddin Yusifzai əlavə edib ki, Malalanı vuranlar onu öldürmək istəyiblər, lakin onun vəziyyəti sörətlə yaxşılaşır və ailəsi buna görə özünü xo.bəxt hiss edir.

Malalanın Pakistandan Britaniyaya səfər etmiş ailə üzvləri onu Birmingem şəhərində kraliça Yelizaveta adına xəstəxanada ziyarət edib.

Ziauddin Yusifzai bundan əvvəl qızının müalicə bitdikdən sonra Pakistana qayıdacağını demişdi. Malalanın oktyabrın 9-da Svat vadisində talibançılar tərəfindən güllə ilə vurulməsından sonra onun atası ilk dəfə olaraq mətbuat üçün açıqlama verib. O deyib ki, Malala məktəb yoldaşlarının vəziyyətini soruşub və ona xəstəxanaya dərsliklərini gətirməsini xahiş edib.

Malala Yusifzai beynəlxalq ictimaiyyət tərəfindən Taliban qrupunun onun yaşadığı regionda törətdiyi vəhşiliklər barədə şəxsi bloqunda məlumatlarına görə tanınır. O eyni zamanda, Pakistanda qız və qadınların təhsil hüquqlarını müdafiə edirdi.

Vaşinqtonda ABŞ Konqresinin qadın üzvü Şila Cekson Le qanunvericilərlə Malalaya Konqresin Qızıl medalının təqdim edilməsi üzərində işləyəcəyini elan edib. Texas ştatından demokrat qanunverici Amerikanın səsinin Devaa radiosuna müsahibədə yeniyetmə qızın belə gənc yaşında böyük cəsarətə malik olduğnu deyib. O, gənc qızı cəsarət nümunəsi adlandıraraq, dünyanın onun işini qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
XS
SM
MD
LG