Accessibility links

Pakistan məhkəməsi Osama bin Ladenin ailəsinə qarşı hökm çıxardı

  • Nərminə Cəlalqızı

Pakistan məhkəməsi Osama bin Ladenin 3 arvadına və 2 qızına qarşı hökm çıxarıb. Məhkəmənin hökmünə əsasən onlar ölkədə qeyri-qanuni qaldıqlarına görə 45 gün həbsdə saxlanılacaq və bundan sonra ölkədən deportasiya ediləcəklər.

Vəkil Əmir Xəlil məhkəmənin beş qadının hər birinə 110 dollar məbləğində cərimə kəsildiyini və həmin cərimənin ödənildiyini bildirib. Vəkil daxili işlər nazirinə bin Ladenin ailəsinin deportasiyası ilə bağlı işə başlaması barədə göstəriş verildiyini deyib. Vəkil eləcə də qadınların səhhətinin yaxşı olduğunu bildirib.

İkisi Səudiyyə Ərəbistanından, biri isə Yəməndən olan arvadları və uşaqları Osama bin Laden 2011-ci il may ayının 2-də Birləşmiş Ştatların xüsusi qüvvələri tərəfindən Pakistanın Abbotabad şəhərindəki evdə qətlə yetirildikdən sonra nəzarət altına alınmışdı.



XS
SM
MD
LG