Accessibility links

Xəbər verildiyinə görə, Pakistanın şimal-qərb bölgəsindəki hərbi düşərgəyə edilən intiharçı hücumu nəticəsində iki əsgər ölmüş, bir neçəsi yaralanmışdır.

Pakistanın təhlükəsizlik rəsmiləri intiharçıların qəbilələrin yaşadığı Cənubi Vəziristanın Vana şəhəri yaxınlığındakı hərbi düşərgəyə hücumu partlayıcı maddələrlə doldurulmuş maşınla həyata keçirdiklərini bildirirlər. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Cənubi Vəziristan Pakistanın yeddi Federal-İnzibatı Tayfa bölgələrindən biridir ki, ordu bu bölgədə nəzarəti əlində saxlayan Əl-Qaidə və Taliban yaraqlılarına qarşı müntəzəm əməliyyatlar keçirir.

Birləşmiş Ştatların pilotsuz təyyarələri də vaxtaşırı bu bölgədəki yaraqlıları hədəf alır.
XS
SM
MD
LG